"Oskar"lı aktyorla içki içib, otelə gedən qız zorlandı - İllər sonra edilən etiraf - FOTO
"Oskar"lı aktyorla içki içib, otelə gedən qız zorlandı - İllər sonra edilən etiraf - FOTO
3 Mart 2020 12:05 Dünya50 yaşlı qadın "Oskar" mükafatı qazanmış aktyor Timothy Hutton-u məhkəməyə verib.
Hazırda 50 yaşı olan Sera Johnston adlı qadın 14 yaşındaykən aktyor və yaxın dostu tərəfindən eyni anda zorlandığını iddia edib.
Bu barədə məlumatı BuzzFeed News nəşri yayıb. Qadının dediyinə görə, təcavüz olayı 1983-cü ildə Kanadada yaşanıb.
Rəfiqələri ilə birlikdə aktyor və dostları ilə yemək yeyən Sera Johnston sonra Timothy ilə otelə gedib. Qadının dediyinə görə, aktyor onun ayaqlarına toxunduqdan sonra yataq otağına apararaq onunla cinsi əlaqədə olub, bu zaman aktyorun yaxın dostu da ona qarşı seksual xarakterli hərəkətlər edib.
Qadının şikayətinə əsasən, araşdırma aparılır.
milli.az
