Putin aksiya iştirakçılarını qaydalara əməl etməyə çağırdı
Putin aksiya iştirakçılarını qaydalara əməl etməyə çağırdı
3 Mart 2020 11:58 DünyaRusiya Prezidenti Vladimir Putin "Vladimir Putinə 20 sual" layihəsi çərçivəsində TASS-a verdiyi müsahibəsində deyib ki, mitinq iştirakçılarının hamısı kütləvi aksiyaların qaydalarına riayət etməlidir, çünki bu, nəticədə küçə iğtişaşlarına gətirib çıxarır.
Dövlət başçısının fikrincə, bu qaydalara, Rusiya Federasiyasının qanunlarına, hər kəs - həm tərəfdarlar, həm də hökumət əleyhdarları tərəfindən hörmət edilməlidir: "Əks təqdirdə, ölkədə tamamilə balanssız vəziyyət yarana bilər".
"Küçələrimizdə maşınların yandırılmasını istəyirikmi?" <...> İndi reaksiya verməsən, yanacaq. Pəncərələri qıracaqlar və müəyyən insanlar bundan əziyyət çəkəcək" deyə prezident vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, vətəndaşlar icazə aldıqdan sonra öz mövqelərini ifadə etmək hüququna malikdirlər.
Putin əlavə edib ki, hakimiyyət mitinqlər keçirməyə icazə verməsə, yenidən müraciət edilməlidir.
İcazəsiz aksiyalarda iştirak edənlərin mümkün həbs cəzalarına gəlincə, Rusiya prezidenti "bizdə belə hallar yoxdur" cavabını verib.
konkret.az