Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 2 nəfər saxlanılıb

Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 2 nəfər saxlanılıb

Ötən gün Qırğızıstanın paytaxtında baş tutmuş mitinqdən sonra ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) keçirdiyi əməliyyat zamanı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.Bu barədə MTDK rəsmi məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan biri - sabiq millət vəkili Kanıbek Osmanəliyev həmçinin ötən gün Bişkekdə mitinqin təşkil etməkdə şübhəli bilinib.

Qeyd edək ki, martın 2-də Bişkekdə mitinq keçirilib. Mitinq zamanı hüquq-mühafizə orqanları əməkdaşları ilə mitinq iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı 24-ü milis əməkdaşı olmaqla 27 nəfər xəsarət alıb.

Mitinqdən sonra paytaxt milis idarəsinə 166 nəfər gətirilib, onlardan 162 nəfər müvafiq söhbətdən sonra sərbəst buraxılıb.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31