Nobel Mükafatı Sammiti keçiriləcək

Aprelin 29-dan mayın 1-dək Vaşinqtonda Milli Elmlər Akademiyasında “Bizim planetimiz bizim gələcəyimizdir” mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək.

Aprelin 29-dan mayın 1-dək Vaşinqtonda Milli Elmlər Akademiyasında "Bizim planetimiz bizim gələcəyimizdir" mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək.

Nobel Fondu və ABŞ Milli Elmlər Akademiyası tərəfindən təşkil olunacaq tədbirdə 20-dək Nobel mükafatı laureatı, alim və siyasətçilər, o cümlədən biznes liderləri, gənc liderlər iştirak edəcək.

Sammitdə iqlim dəyişikliyi, geosiyasi alyanslar, iqtisadi bərabərsizlik, yeni texnologiyaların insanların həyat tərzinə təsiri, bəşəriyyətin daha firavan gələcəyi üçün nələrə nail olmağın mümkünlüyü və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31