Netanyahu seçkilərin nəticələrini İsrail üçün böyük qələbə adlandırdı

Netanyahu seçkilərin nəticələrini İsrail üçün böyük qələbə adlandırdı

"Likud" partiyasının lideri, İsrail baş naziri vəzifəsini icra edən Binyamin Netanyahu ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini İsrail üçün böyük qələbə adlandırıb.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahu öz "Twitter" səhifəsində yazıb.

İsrailin baş naziri bildirib: "İsrail üçün böyük qələbə. Təşəkkür edirəm".

Qeyd edək ki, ötən gün İsraildə parlament seçkiləri keçirilib. İlkin "exit poll"un nəticələrinə əsasən, "Likud" partiyası seçkilərdə qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31