Gürcüstan prezidenti parlamentdə illik hesabat verəcək
Gürcüstan prezidenti parlamentdə illik hesabat verəcək
2 Mart 2020 18:53 DünyaGürcüstan prezidenti Salome Zurabişvili martın 4-də ölkə parlamentində illik hesabatla çıxış edəcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Birinci kanalı məlumat yayıb.
Qeyd edək ki, S.Zurabişvili prezident qismində ikinci illik hesabatını verəcək. Dövlət rəhbəri bu vəzifədə ilk hesabatını ötən ilin martın 6-da təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31