Tunis parlamenti yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib

Tunis parlamenti yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib

Tunis parlamenti ölkədə bir aydır hökm sürən siyasi böhran və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsindən sonra yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, ötən ay Prezident Kais Səidin təyin etdiyi Elyes Faxfaxın kabinetinin lehinə 129, əleyhinə isə 77 deputat səs verib.

Siyasi analitiklər qeyd edirlər ki, koalisiya hökuməti olduqca kövrəkdir və onun daxilində çox ciddi təzadlar var. Kabinet üzvləri arasında fikir ayrılqları ilə yanaşı, həmçinin dərin iqtisadi böhran Baş Nazirin uğur qazanacağını şübhə altında qoyur. Beynəlxalq Valyuta Fondu ilə aprel ayından bəri 3 milyard dollar kreditin ayrılması məsələsi də həll olunmamış qalır. Baş Nazir Faxfax rəhbərlik etdiyi kabinetin qarşısında duran əsas vəzifələrin korrupsiyaya qarşı mübarizə və hökumət strukturlarında islahatlar aparılması olduğunu vurğulayıb.

Tunisdə ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərində siyasi partiyalardan heç biri inamlı qələbə qazana bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31