İdlibdə yaşayan mülki vətəndaşlar: “9 ildə ilk dəfə səmada uçan bir təyyarədən qorxmadıq”

İdlibdə yaşayan mülki vətəndaşlar: “9 ildə ilk dəfə səmada uçan bir təyyarədən qorxmadıq”

Türkiyə Silahlı Qüvvələrinin başlatdığı "Bahar qalxanı" əməliyyatını böyük bir sevinclə qarşılayan Suriyanın İdlib bölgəsindəki mülki vətəndaşlar Əsəd rejiminin yanında yer alan Rusiya və İrana etiraz ediblər.

Olaylar.az bildirir ki, aksiya zamanı xalq türkcə və ərəbcə "9 ildə ilk dəfə səmada uçan bir təyyarədən qorxmadıq", "Türk müdaxiləsini sevinclə qarşılayırıq", "Çanaqqalada qəbirlərimiz qonşu idi, İdlibdə isə qanlarımız qarışdı", "Biz və Türklər din, tarix, mədəniyyət və insanlıqda qardaşıq" kimi şüarlar yazılan plakatlar qaldırıb.

Aksiyaya qoşulan Rami Akif adlı bir suriyalı Türkiyənin başlatdığı "Bahar Qalxanı" əməliyyatına dəstək vermək üçün toplaşdıqlarını və rejim qüvvələrinin inşallah Soçi razılaşmasında qeyd edilən sərhədlərə qədər çəkiləcəyini söyləyib. Aksiyada iştirak edən Məhəmməd Şeyx adlı başqa bir suriyalı da Türkiyəyə təşəkkür etmək üçün toplaşdıqlarını deyib: "Uşaq, gənc, yaşlı olaraq hamımız bu gün Türkiyənin bölgə xalqını qorumaq üçün aldığı qərarlara dəstək olmaq üçün buradayıq. Cənab Rəcəb Tayyib Ərdoğana çox təşəkkür edirik." İdlibli Əhməd Əl-Məhəmməd də Türkiyəyə başsağlığı diləklərini çatdırmaq üçün toplaşdıqlarını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31