İngiltərə Belarusa qoşun göndərdi – Rusiya Minski ittiham etdi
İngiltərə Belarusa qoşun göndərdi – Rusiya Minski ittiham etdi
2 Mart 2020 17:00 DünyaBelarusda İngiltərə və bu ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilir.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 2020-ci il üçün beynəlxalq hərbi əməkdaşlıq planına uyğun olaraq Vitebsk Müdafiə Qoşunları Hava Qüvvələri Briqadasının təlim poliqonunda Belarus-İngiltərə birgə təlimləri başlayıb.
Britaniya tərəfi ilə birgə təlimlər 2018-ci ildən bəri hər iki ölkədə mütəmadi olaraq keçirilir.
Təlimlər Belarusu müttəfiqi Rusiyada müzakirə mövzusuna çevrilib. Rus mediasında yer alan məlumatlarda Belarus Rusiya ilə müttəfiqlik əlaqələrini təhlükə qarşısına qoymaqda ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31