“Putin və Ərdoğan martın 5-də Moskvada görüşəcəklər” –Peskov
“Putin və Ərdoğan martın 5-də Moskvada görüşəcəklər” –Peskov
2 Mart 2020 16:26 DünyaRusiya Prezidenti Vladimir Putin martın 5-də Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Türkiyə prezidenti Ərdoğan martın 5-də Moskvaya işgüzar səfərə gələcək", - deyə D. Peskov vurğulayıb. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31