Cinsi zorakılığa məruz qalmış erməni əsgər xidmət yoldaşına qumbara atıb
Cinsi zorakılığa məruz qalmış erməni əsgər xidmət yoldaşına qumbara atıb
2 Mart 2020 15:12 DünyaErmənistan ordusunun "N" saylı hərbi hissəsində əsgərlər arasında növbəti nizamnamədənkənar hadisə qeydə alınıb. Hərbi hissədə müddətli erməni hərbi qulluqçu xidmət yoldaşını cinsi zorakılığa məruz qoyub.
Məlumata görə, əsgər ona təhkim olunmuş avtomatı doldurub və atəş açacağı təhdidi ilə seksual xarakterli zorakılıq hərəkətləri edib, bundan sonra isə xidmət yoldaşı intiqam almağa çalışıb.
İntiqam almaq istəyən əsgər qumbaranı döyüş mövqeyinə gətirib və zorakılığa məruz qaldığı şəxs istiqamətində atıb. Qumbaranın partlaması nəticəsində zorakılıq etmiş əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlər onun həyatını xilas edə biliblər.Məlumata görə, cinsi zorakılıq etmiş erməni əsgərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinin 7-ci bəndi ilə cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib. Cinayətə cəhd etdiyi üçün digər əsgərə qarşı da ittiham irəli sürülüb və ehtiyat tədbiri olaraq komandirin nəzarətinə təhvil vermək seçilib.
Ermənistan Baş Hərbi İstintaq İdarəsində ilkin istintaq başa çatıb və iş məhkəməyə göndərilib.
Ordu.az