Ermənistan İranla vizanı bərpa edir
2 Mart 2020 13:29 DünyaErmənistan İranla viza rejimini müvəqqəti bərpa edir. Bu barədə baş nazir Nikol Paşinyan bildirib.
O deyib ki, bölgədəki epidemioloji vəziyyəti nəzərə alaraq, İran-Ermənistan sərhədi boyunca tətbiq edilən məhdudiyyətləri uzatmaq və sərtləşdirmək qərarına gəlinib.
"İranla viza rejiminin müvəqqəti bərpası prosesinə başlayırıq və 5 gün ərzində viza rejimi bərpa ediləcək", Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclasında çıxışı zamanı deyib.
O, Ermənistan vətəndaşlarını İtaliya və Türkiyəyə səyahətlərini məhdudlaşdırmağa çağırıb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31