Kraft və Cefri Türkiyəyə gəlir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft və bu ölkənin Suriya üzrə ali nümayəndəsi Ceyms Cefri bu axşam Türkiyəyə səfər edəcək.

Amerikalı rəsmilər İdlib böhranı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

C.Cefri səfər çərçivəsində sabah Türkiyə Xarici İşlər nazirinin müavini Sədat Önalla görüşəcək.

K.Kraftın isə sabah yenidən Hatay və Antepə gedəcəyi planlaşdırılır. Çərşənbə günü onun Ankarada Sədat Önalla görüşü olacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31