Rusiyada helikopter qəzaya uğrayıb: Ölən var - VİDEO
Rusiyanın Həştərxan vilayətində helikopter qəzaya uğrayıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində bir nəfər həlak olub.
Qəzada xəsarət alan olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.