Gürcüstanda məktəblərdə tətil ELAN OLUNDU
Gürcüstanda məktəblərdə tətil ELAN OLUNDU
29 Fevral 2020 16:11 DünyaGürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.
Bu barədə Gürcüstanın Dövlət qurumları arası Koordinasiya şurası qərar qəbul edib.
Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.
Şuranın digər qərarı ilə ictimai nəqliyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək. /Report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31