Ceki Çan koronavirusa görə xəstəxanaya yerləşdirilməsindən DANIŞDI

Ceki Çan koronavirusa görə xəstəxanaya yerləşdirilməsindən DANIŞDI

Ötən həftələrdə koronavirusunun müalicəsini tapanə 1 milyon Çin yuanı (140 min dollar) ilə mükafatlandıracağını açıqlayan əfsanəvi aktyor Ceki Çanın bu virusa yoluxduğu, karantinə alındığı iddia edilirdi.

Aktyora yaxın mənbələrin bu məlumatı təkzib etməsindən sonra Ceki Çan instaqramda bu iddialara aydınlıq gətirib.

Sağlamlığının yerində olduğunu və koronavirusa tutulmadığını açıqlayan 65 yaşlı ulduz "Narahat olduğunuz üçün təşəkkür edirəm! Mən təhlükəsiz və çox sağlamam. Xahiş edirəm narahat olmayın, karantində deyiləm. Ümid edirəm ki, hamı təhlükəsiz və sağlam qalacaq!", deyə qeyd edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31