Gürcüstan prezidenti tibbi maska taxdı
Gürcüstan prezidenti tibbi maska taxdı
29 Fevral 2020 13:44 DünyaGürcüstanda ilk koronavirus halı təsdiqlənəndən sonra ölkə prezidenti Salome Zurabişvili xüsusi kampaniya keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, dövlət başçısı tibbi maska taxaraq avtobusa minib.
S.Zurabişvili şəhər avtobuslarının birində tibbi maskada olduğu fotoşəkillərini "Instagram" hesabında paylaşıb.
"Gəlin,#SafetynotFear! (təhlükəsizlik, qorxu yox) yayaq. Biz insanlara göstərməliyik ki, təhlükəsizlik sakit qalmaq və məsuliyyətli olmaqdır", - prezident yazıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31