Rusiya Suriyaya desant gəmisi göndərdi - Son bir ildə ilk

Rusiya Suriyaya desant gəmisi göndərdi - Son bir ildə ilk

Rusiya Qara dəniz donanmasının böyük desant gəmisi olan "Orsk" İdlib böhranı fonunda Aralıq dənizi akvatoriyasına daxil olub.

Bu məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, Rusiya hərbi gəmisini İstanbul dəniz polisinin və Türkiyənin Sahil Mühafizəsi Xidmətinin katerləri müşayiət ediblər. Bu gəminin Suriyaya son bir ildə ilk dəfə getdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Suriyaya Kalibr raketləri ilə təchiz edilən "Admiral Makarov" və "Admiral Qriqoroviç" gəmiləri də göndərilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31