Türkiyə ordusundan AMANSIZ QİSAS - Əsədin nüfuzlu generalı öldürüldü
29 Fevral 2020 08:45 Dünyaİdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı Suriyanın bəzi yüksək rütbəli zabitləri həlak olub.
Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, ölənlər arasında Suriya ordusunun 124-cü briqada komandanı, general Burhan Rahmun da var. Məlumata görə, Əsədə yaxınlığı ilə bilinən general Hələb yaxınlığında pilotsuz aparatların evə endirdiyi zərbələr zamanı ölüb. Bildirilir ki, Türkiyə ordusu generalı izləyib və onu gizli obyekt kimi istifadə edilən evdə hərbi toplantı keçirərkən hədəfə alıb.
Qeyd edək ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi şəhid olub. Cavab əməliyyatları zamanı 300-dən çox suriyalı əsgər zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31