Ərdoğanla Putin qərar verdi: Ən qısa zamanda...
28 Fevral 2020 16:15 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya lideri Vladimir Putin ən qısa müddətdə görüşəcək.
Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Prezident Ərdoğanın Putinlə telefon söhbəti zamanı iki liderin ən qısa vaxt ərzində təkbətək görüşəcəyi ilə bağlı qərar verilib", - Altun bildirib.
Qeyd edək ki, liderlərin telefon danışığı az öncə baş tutmuşdu.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31