"NATO-nun Türkiyəyə dəstək verməsi... "– Rus general
28 Fevral 2020 15:54 DünyaNATO və ABŞ-ın Türkiyə-Suriya konfliktinə müdaxiləsi az inandırıcıdır.
Bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı general-leytenant Yevgeni Bujinski deyib.
"Mən NATO-nun bu müdaxiləsinə çox şübhə edirəm. Düşünmürəm ki, Ərdoğan da amerikalıların onlara yardım edəcəyinə və Əsədlə savaşacağına inanır. Bununla belə, situasiya çox qəlizdir və Rusiya-Türkiyə birbaşa toqquşmasını da istisna etmək olmaz", - deyə o bildirib.
Qeyd edək ki, ötən gecə Suriya ordusunun hücumu nəticəsində Türkiyənin 33 əsgəri şəhid olub.
Türkiyənin tələbi ilə NATO-nun təcili toplantısı keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31