İncirlik bazasında hərəkətlilik
İncirlik bazasında hərəkətlilik
28 Fevral 2020 15:32 DünyaTürkiyənin Adana bölgəsində yerləşən məşhur İncirlik aviabazasında hərəkətlilik müşahidə olunmağa başlayıb.
Türkiyə hərbi hava qüvvələrinin də istifadə etdiyi bazaya hərbi yük təyyarələrinin enişi qeydə alınıb.
Xəbərdə həmçinin qeyd olunur ki, İncirlik bazasından 2 ədəd "F-16" trəyyarəsi havalanıb. Onların hansı ölkəyə aid olduğu barədə məlumat verilmir. Bundan başqa, bazaya 1 özəl hərbi yük təyyarəsinin və hərbi helikopterin eniş etdiyi bildirilir.
Ümumiyyətlə, bu gün bazaya hərbi yük təyyarələrinin eniş və qalxışının kəskin şəkildə çoxaldığı qeyd olunur. O da vurğulanır ki, bu hərəkətliliyin İdlibdə baş verən toqquşmalarla bağlı olduğu şübhəsizdir.
AzPolitika.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31