190-dan çox sərnişinin olduğu təyyarə təcili geri qayıtdı
Moskvanın “Şeremetyevo” aeroportundan Bangkoka yola düşən təyyarə təcili geri qayıtmalı olub.
28 Fevral 2020 14:45 DünyaMoskvanın "Şeremetyevo" aeroportundan Bangkoka yola düşən təyyarə təcili geri qayıtmalı olub.
Buna səbəb təyyarənin ön şüşəsində çatın aşkarlanmağı olub.
Təyyarə Qazaxıstanın hava məkanına daxil olarkən ekipaj ön şüşədə çat olduğunu və geri qayıtmaq qərarı verdiyini mərkəzə çatdırıb.
Qeyd edək, təyyarənin göyərtəsində 190-dan çox sərnişin və 14 ekipaj üzvünün olduğu bildirilir.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31