Polis özü iğtişaş törətdi
Polis özü iğtişaş törətdi
28 Fevral 2020 14:29 DünyaYunan polisi Xios adasında iğtişaş törədib. Bu barədə yerli "Politis Chios" (Xios vətəndaşı) nəşri yazır.
Nəşrin məlumatına görə, Yunan polisinin xüsusi təyinatlı qüvvələri Xiosda iğtişaş törədib, polis avtomobillərin şüşələrinə döyəcləyib, vətəndaşlara xüsusi təyinatlı vasitələrdən atəş edib.
Xatırladırıq ki, Yunanıstan hökuməti, yerli sakinlərin miqrant düşərgələrinin inşasına etirazlarını yatırmaq üçün bölmələri Xiosa göndərib. Adaların sakinləri on minlərlə qanunsuz mühacirdən qurtulmağı və asayişi bərpa etmələrini tələb edirlər. Hökumət, 20 min adam üçün beş adada düşərgələr quracağını, burada miqrantlar və qaçqınların sığınacaq qərarını gözləyəcəklərini söyləyib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31