Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar
Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar
28 Fevral 2020 12:25 DünyaRusiya ölkə əhalisinin təhlükəsizliyi və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İran vətəndaşlarının sərhəddən keçməsini müvəqqəti olaraq qadağan edib.
Bununla bağlı məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.
"28 fevral 2020-ci il saat 00:00-dan etibarən Federal Təhlükəsizlik Xidməti Rusiyaya təhsil, əmək fəaliyyəti, eləcə də şəxsi, turizm və tranzit məqsədilə gələn İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyası sərhədindən buraxılışını müvəqqəti olaraq dayandırır", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31