Yağışlı ekzoplanetdə həyatın mövcudluğu ehtimal olunur
Kembricdən olan astronomlar komandası K2-18b ekzoplanetinin kütləsi, radiusu və atmosfer göstəricilərini ölçərək müəyyən ediblər ki, havanın hidrogenlə zəngin qatının altında maye halında su ola bilər.
28 Fevral 2020 11:47 DünyaKembricdən olan astronomlar komandası K2-18b ekzoplanetinin kütləsi, radiusu və atmosfer göstəricilərini ölçərək müəyyən ediblər ki, havanın hidrogenlə zəngin qatının altında maye halında su ola bilər.
K2-18b ekzoplaneti Yer kürəsindən 124 işıq ili məsafədə yerləşir. Radiusu Yerdən 2,6, kütləsi isə 8,6 dəfə daha çox olan ekzoplanetin səthindəki temperatur maye halda suyun mövcudluğuna imkan verir.
Alimlər K2-18b-nin böyük ölçüsünü nəzərə alaraq güman edirlər ki, bu planet Yerə nisbətən Neptunu daha çox xatırladır, başqa sözlə, onda atmosfer hidrogeninin qalın qatının olması səbəbindən səthində temperatur və təzyiq çox yüksəkdir.
Bu tədqiqat ölçüləri Yeri əhəmiyyətli dərəcədə qabaqlayan digər ekzoplanetlərdə də məskunlaşma şəraitinin öyrənilməsinə yol açır.