Çin Pakistana 100 minlik “ördək ordusu” göndərəcək - Çəyirtkələrlə mübarizə üçün

Xarici KİV-in verdiyi xəbərə görə, Çin Çjetsyan əyalətindən Pakistana 100 min ördək göndərəcək. Quşlar son 20 ilin ən böyük çəyirtkə hücumu ilə mübarizədə yerli hakimiyyətə kömək edəcək.

Belə qərar iki ölkənin ekspertlərinin məsləhətəşmələrindən sonra qəbul olunub ("Ningbo Evening News").

"No. 1 Guoshao" cinsindən olan ördəklər "çəyirtkələrin qatili" hesab olunur. Bü cücülər ördəklərin təbii rasionu sayılır. Çin təxminən 20 il bundan əvvəl Sintszyan əyalətində çəyirtkə ilə mübarizə işində bu üsuldan uğurla istifadə edib.

Ekspertlər bildirirlər ki, bu işdə ördəklərdən istifadə baha başa gəlmir və ətraf mühitə pestisidlər kimi ziyan vurmur. Bir ördək gün ərzində 200 çəyirtkə yeyə bilir.

Müqayisə üçün bildirək ki, bir toyuq gün ərzində yalnız 70 çəyirtkə yeyə bilir.

Bundan başqa, ördəklər həmişə sürü halında gəzirlər və onları daha asan idarə etmək olur.

Xəbər verildiyi kimi, çəyirtkələrin hücumu qışın əvvəlində Afrikanın şərqindən başlayıb. Bununla əlaqədar Somalidə fövqəladə vəziyyət elan olunub. Fevralda çəyirtkə Ərəbistan yarımadasını "işğal edib" və ardınca şərqə doğru yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31