İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

İraqın baş naziri Məhəmməd Tofiq Əllavi hökuməti barədə parlamentdə səsvermənin keçirilməsindən öncə Britaniya vətəndaşlığından imtina edib.

Bildirilib ki, İraq baş naziri Məhəmməd Tofiq Əllavi təşkil etdiyi hökumət barədə parlamentdə rəysorğusunun keçirilməsindən öncə Britaniya vətəndaşlığından rəsmən imtina edib.

Qeyd edək ki, bu gün İraq parlamenti yeni hökumətlə bağlı taleyüklü qərar verəcək.

Son həftələrdə bəzi sünni və kürd siyasi cinahlarını təmsil edən deputatlar yeni hökumətə müsbət rəy verməyəcəklərini bildiriblər.

Ötən ilin oktyabr ayından İraqda korrpusiya, iqtisadi vəziyyət və sair məsələlərlə bağlı baş qaldıran etiraz aksiyaları sonda iğtişaşlar və toqquşmalarla nəticələnib. Bu proseslər nəticəsində Adil Əbdül-Mehdi istefa vermişdi.

inter.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31