Putin Ərdoğanla görüşdən imtina etdi: “Başqa işi var” – Kremldən şok
Putin Ərdoğanla görüşdən imtina etdi: “Başqa işi var” – Kremldən şok
27 Fevral 2020 15:45 Dünya"Martın 5-də İstanbulda Türkiyə və Rusiya Prezidentləri arasında görüş keçiriləcəyi hələ məlum deyil".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda Putinin planında martın 5-də belə bir görüşün keçirilməsi məsələsi yer almır. Rusiya Prezidentinin martın 5-i üçün fərqli planları var", - Peskov qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada martın 5-də İstanbulda rusiyalı həmkarı ilə görüşəcəyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31