Silahla selfi çəkən dayə azyaşlını vurdu
Silahla selfi çəkən dayə azyaşlını vurdu
27 Fevral 2020 14:22 DünyaABŞ-ın Texas ştatında ehtiyatsızlıq üzündən bədbəxt hadisə baş verib. Hyuston şəhərində dayə silahla selfi çəkmək istəyərkən bilmədən 10 yaşlı uşağı vurub.
19 yaşlı dayə Keytlin Smitin ehtiyatsızlıqdan açdığı atəş uşağın qarın nahiyəsinə dəyib. Uşaq təcili xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.
Dayə həbs edilib, fevralın 28-də məhkəmə qarşısına çıxacaq.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31