Avstraliyada naməlum canlı TAPILDI
Avstraliyada naməlum canlı TAPILDI
27 Fevral 2020 14:04 DünyaAvstraliya sakini sahildə naməlum sarı rəngli canlı tapıb. Bu barədə "Unilad" nəşri xəbər verir.
O, məxluqun fotosunu sosial şəbəkədə yayımlayıb.
Fotoya baxan "Macquarie" universitetinin Bioloji Elmlər Bölməsindən professor Kulum Braun, tapılan canlının dəniz dovşan olduğunu bildirib. O, bu məxluğun itlər üçün çox təhlükəli olduğunu qeyd edib.
Onun sözlərinə görə, dəniz dovşanlarının da osminoqlar kimi toksinləri olan zəhərli mürəkkəbləri var. Onlar mürəkkəbi özlərini qorumaq üçün istifadə edirlər. Bundan başqa dəniz dovşanları itlər üçün çox təhlükəlidirlər.
Qeyd edək ki, bu bölgədə 23 fərqli dəniz dovşanının yaşadığı qeyd olunur. Yetkin mollyusların çəkisi 14 kiloqrama çatır.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31