60 milyonluq var-dövlətini xeyriyyə fonduna bağışlayıb
27 Fevral 2020 14:02 DünyaFevralın 5-də 103 yaşında vəfat edən Hollivud aktyoru Kirk Duqlas özündən sonra 60 milyon funt-sterlinqdən (132 milyon 498 min manat) çox miras qoyub.
Olaylar.az axsam.az-a istinadən xəbər verir ki, bu günlərdə mərhum aktyorun ailəsinə bir qəpik belə miras qoymadığı məlum olub.
Kirkin yazdığı vəsiyyətnaməyə əsasən, bütün pulunu illər əvvəl yaratdığı xeyriyyə fonduna bağışlayıb. Hazırda fondun rəhbəri onun həyat yoldaşı Anndır.
Həmçinin pulun bir qismi aztəminatlı ailələrdən olan tələbələri dəstəkləmək üçün Müqəddəs Lavrentia Universitetinə köçürüləcək.
Qeyd edək ki, Kirk aktyor Maykl Duqlasın atasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31