Donbasda Ukrayna ordusunun 1 əsgəri həlak olub
Donbasda Ukrayna ordusunun 1 əsgəri həlak olub
27 Fevral 2020 13:29 DünyaUkraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr son 24 saat ərzində atəşkəsi çoxlu sayda pozublar. Bu barədə Ukrayna Müdafə Nazirliyi məlumat yayıb
Məlumata görə, separatçılar hücumlar zamanı 120 mm-lik minaatanlar, tank əleyhinə qumbaraatanlar, ağır pulemyotlar və kiçik silahlardan istifadə edib.
Bildirilir ki, Donbasda Ukrayna ordusunun 1 əsgəri naməlum partlayıcı maddənin partlaması nəticəsində həlak olub.
Ordu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31