Ermənistan məktəbində silahlı insident olub

Ermənistan məktəbində silahlı insident olub

Ermənistanın Tavuş bölgəsində silahlı insident baş verib. Noyemberyan şəhərində yerləşən orta məktəblərdən birinə daxil olan şəxs sinifdə şagirdlərin gözü qarşısında ətrafa atəş açmağa başlayıb.

Sinfin şüşələri qırılıb, xəsarət alan olmayıb. Hadisəni məktəbin məzunu, 21 yaşlı Gegham M. törədib. O, polisdə sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Kustar üsulla hazırlanmış silah müsadirə edilib. Faktla bağlı araşdırma davam edir.

Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31