Putindən oxşarı ilə bağlı açıqlama
Putindən oxşarı ilə bağlı açıqlama
27 Fevral 2020 12:47 Dünya"Mən oxşarlardan imtina etmişəm. Bundan terrorçuluqla mübarizənin ən ağır vaxtlarında istifadə olunub".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin "TASS" agentliyinin "Vladimir Putinə 20 sual" layihəsinə qonaq olarkən bildirib.
Rusiya dövlət başçısı qeyd edib ki, heç vaxt oxşarı olmayıb.
Bu məqamda bildirək ki, 2015-ci ildə də Rusiya Prezidentinə eyni sual ünvanlanmışdı. O vaxt da Prezident oxşarının olması haqqındakı iddiaları rədd etmişdi.
Xatırladaq ki, tarixdə dövlət rəhbərlərini və siyasi önəm kəsb edən şəxslərin sui-qəsdlərdən qorunması üçün onların oxşarlarından istifadə olunub.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31