Bir zamanların məşhur aktyoru Almaniyada sürücü işləyir (FOTO)

Bir zamanların məşhur aktyoru Almaniyada sürücü işləyir (FOTO)

Bir zamanlar türk serial və bədii filmlərində baş rolları ifa edən yaraşıqlı aktyor, Haluk Piyes uşaqlıq xəyalını gerçəkləşdirib, sürücü oldu.

Olaylar.az türk mediasına istinadən bildirir ki, Hazırda Almaniyanın Köln şəhərində yük maşını sürücüsü kimi çalışan aktyor 35 tonluq yük maşını ilə yola çıxarkən: "Uşaqlıq xəyalımı gerçək etdim. Hər kəsə də məsləhətim budur. Mücadiləyə davam, xəyallarımızın istiqamətini dəyişməyək. Hər zaman irəli, irəli gedək" deyərək onu sevənlərə ismarış göndərib.

Qeyd edək ki, 1975-ci il martın 30-da Almaniyanın Köln şəhərində anadan olan Haluk Piyes "Pusat", "Bizim hekayə","Atəş", "Kanımdakı barut kimi" seriallarında baş rolları ifa edib. Aktyor kimi çəkildiyi sonuncu film "Malazgirt 1071: Bizansın Kıyameti" olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31