Putindən Ərdoğana ad günü təbriki
Putindən Ərdoğana ad günü təbriki
26 Fevral 2020 18:52 DünyaRusiya prezidenti Vladimir Putin prezident Ərdoğanın doğum gününü təbrik edib.
Rusiyanın Ankaradakı səfirliyinin sosial media hesabından edilən açıqlamaya görə, Rusiya Prezidenti Vladimir Putin, Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbrik mesajı göndərib.
Şərhdə "Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ad günü münasibətiylə təbrik teleqramı göndərib" deyilir.
26 fevral 1954-cü ildə anadan olan Prezident Ərdoğan bu gün 66 yaşına daxil olub.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31