Paytaxtda dəhşətli partlayış: 9 yaralı var
26 Fevral 2020 18:50 DünyaƏfqanıstanın paytaxtı Kabildə bombalı hücum təşkil olunub.
Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəsrət Rəhimi media nümayəndələrinə verdiyi açıqlamada motosikletə yerləşdirilən bombanın insanların kütləvi olduğu ərazidə partladıldığını söyləyib.
Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31