Şahzadə Harri Britaniyaya qayıtdı – Yoldaşı və oğlu gəlməyib

Şahzadə Harri Britaniyaya qayıtdı – Yoldaşı və oğlu gəlməyib

Şahzadə Harri həyat yoldaşı Meqan Markl və oğlu Arçi olmadan Şotlandiya Edinburq şəhərinə gəlib.

Bu haqda məlumatı "OK" nəşri yayıb.

Məlumdur ki, bu, şahzadənin ailəsi ilə birlikdə Kanadaya getdikdən sonra Böyük Britaniyaya ilk səfəridir.

Nəşr qeyd edir ki, Britaniya kraliçasının nəvəsi Edinburq şəhərinə qatarla gəlib. O, kifayət qədər təvazökar geyinib: mavi cins və qara gödəkçə.

Meqan Marklın bir neçə gündən sonra İngiltərəyə qayıdacağı gözlənilir.

Daha əvvəl şahzadə Harri və Meqan Markl aprelin 1-dən etibarən kral vəzifələrini rəsmi olaraq dayandıracaqlarını bildirmişdi.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31