Ağ Evdə koronavirus təhlükəsi ilə bağlı -Təcili iclas
26 Fevral 2020 18:28 DünyaABŞ-da Prezident Donald Trampın sədrliyi ilə bu gecə koronavirus təhlükəsi ilə bağlı toplantı keçiriləcək.
Bu barədə ABŞ Prezidenti Tramp özünün Tvitter hesabında yazıb.
Prezident qeyd edib ki, toplantı Ağ Ev-də baş tutacaq.
Qeyd edək ki, artıq Çində ortaya çıxan koronavirus dünyanın hər tərəfinə yayılıb. ABŞ koronavirusla mübarizəyə bir milyard dollardan çox vəsait ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31