Nazir: "Türkiyədə koronavirusa yoluxanlar yoxdur"
Nazir: "Türkiyədə koronavirusa yoluxanlar yoxdur"
26 Fevral 2020 17:57 DünyaTürkiyədə koronavirusa yoluxanlar yoxdur.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: "İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur".
F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən gün Türkiyə öz vətəndaşlarının İrandan təxliyəsinə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31