Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
26 Fevral 2020 17:24 DünyaTürkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.
Sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.
Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.
O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.
Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.
Qeyd edək ki, keçmiş əri Erhan çelik Gülben Ergeni məhkəməyə verib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31