Küveyt koronavirusa görə limanlarını bu ölkələrə bağladı - SİYAHI
Küveyt koronavirusa görə limanlarını bu ölkələrə bağladı - SİYAHI
26 Fevral 2020 17:18 DünyaKüveytin liman idarəsi koronavirusun kəskin yayıldığı bir sıra ölkələrdən gələn gəmilər üçün limanlarını bağlayıb. Verilən qərar Yaponiya, Sinqapur, Tayiland, İtaliya, İran və İraq gəmilərinə şamil olunub.
Bununla belə yalnız neft daşıyan tankerlərin yoxlanılmadan keçərək limanlara yaxınlaşmasına icazə verilir.
Qeyd edək ki, bu günə qədər Küveytdə 25 koronavirusa yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, son məlumata görə, dünyada bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər isə ölüb.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31