“Rus NATO-su”nun yeni rəhbəri İrəvana gəlir
“Rus NATO-su”nun yeni rəhbəri İrəvana gəlir
26 Fevral 2020 17:05 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi Stanislav Zas bu gün Ermənistana gedəcək.
Bu məlumatı "SputnikErmənistan" yayıb. Səfər üç gün davam edəcək.
Zas İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, spiker Ararat Mirzoyanla görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31