Səudiyyə Ərəbistanında qadınlar üçün futbol çempionatı yaradılır

Səudiyyə Ərəbistanında qadınlar üçün futbol çempionatı yaradılır

Səudiyyə Ərəbistanında qadınlar üçün futbol liqası yaradılacaq.

Oyunlar paytaxt Əl-Riyadda və digər iki şəhərdə baş tutacaq. Bildirilib ki, çempionatın yaradılması vəliəhd şahzadə Məhəmməd ibn-Salmanın daha bir islahatıdır.

Ölkə rəsmiləri qərarın qadınların idmana marağının və iştiraklarının artırılması üçün verildiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarına qatılıb və onlara maşın sürmək üçün icazə verilib. Həmçinin ötən il qadınlar kişilərin icazəsi olmadan xaricə getməyə də razılıq alıblar.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31