ÜST-ün mütəxəssisləri İrana səfər edəcəklər- Koronavirusla bağlı

ÜST-ün mütəxəssisləri İrana səfər edəcəklər- Koronavirusla bağlı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusla bağlı vəziyyəti qiymətləndirmək üçün İrana səfər edəcəklər.

Bu barədə bu gün ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus fevralın 19-dan 26-na kimi Çində səfərdə olan təşkilatın nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, səfərin bu həftənin sonunda reallaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 139-a çatıb, 19 nəfər ölüb.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31