İranda tibb bacısı koronavirusdan öldü – FOTO
İranda tibb bacısı koronavirusdan öldü – FOTO
26 Fevral 2020 14:22 Dünyaİranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.
Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub.
Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirus infeksiyasından ölənlərin sayının 15, yoluxanların sayının isə 95 nəfər olduğunu açıqlayıb.

report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31