Möcüzə - Koronavirusla doğulan körpə dərmansız sağaldı
Möcüzə - Koronavirusla doğulan körpə dərmansız sağaldı
26 Fevral 2020 13:56 DünyaÇinin Uxan şəhərində koronavirusa yolxmuş halda dünyaya gələn körpə 17 gün xəstəxanada saxlanılıb və müvafiq dərman müalicəsi aparılmadan sağalıb. Syao Syao adlı körpənin valideynlərindən biri yeni koronavirus COVID-19-a yoluxubmuş.
Uşaq dünyaya gələn andan respirator infeksiya və qismən ürək çatışmazlığı ilə mübarizə aparmalı olub. İnfeksiyanın ağırlaşmaları müşahidə olunmadığı üçün həkimlər ona müvafiq dərmanları verməməyi qərara alıblar. Hərçənd körpədə yüksək hərarət və öskürək olub.
17 günün tamamında körpədə koronavirusa görə aparılmış test mənfi nəticə göstərib və qızcığazın möcüzə nəticəsində sağaldığı məlum olub.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31