Daha bir ölkədə koronavirus tapıldı

Əlcəzairdə yeni tip koronavirus aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə naziri Əbdürrəhman Benbuzid məlumat yayıb.

Dövlət televiziyasına açıqlama verən nazir bildirib ki, virusa yoluxan şəxs İtaliya vətəndaşıdır.

Xəstə karantinə alınıb.

Qeyd edək ki, İtaliyada 10 nəfər koronavirusdan ölüb, 322 nəfər xəstəlik daşıyıcısıdır.

Koronavirus 30-dan çox ölkəyə yayılıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31