Zelenski özünü itə bənzətdi
Zelenski özünü itə bənzətdi
25 Fevral 2020 17:57 DünyaUkrayna Prezidenti Vladimir Zelenski mədənçilərlə danışarkən özünü təlim keçmiş bir itlə müqayisə edib.
Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Nəşrin məlumatına görə, Zelenski kömür işçilərinin görüşündə iştirak edib.
"Qarşımda bir vəzifə qoyulanda mən öyrədilmiş bir köpək kimi oluram" deyib.
O, mədənçilərin istək və müraciətləri ilə məşğul olacağına söz verib.
Zelenski, həmçinin Ukraynadakı mədən şəhərlərinə səfərlərini davam etdirmək niyyətində olduğunu bildirib.
Əvvəllər mədənçilər əmək haqqı borclarının ödənilməsini tələb edərək etiraz aksiyaları keçirmişdilər. Belə ki, "Krasnolimanskaya" mədəninin 72 işçisi yer üzünə çıxmaq istəməyib və pullarının ödənilməsini tələb ediblər.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31